Modern.az

Ali Məhkəmənin işdən çıxarılacaq hakimlərini bu şəxslər əvəz edəcək - SİYAHI

Ali Məhkəmənin işdən çıxarılacaq hakimlərini bu şəxslər əvəz edəcək - SİYAHI

Aktual

18 May 2021, 13:15

Milli Məclis Azərbaycan Ali Məhkəməsinə yeni hakimlərin təyin edilməsi ilə bağlı layihəni müzakirə edəcək.

 

Modern.az xəbər verir ki, parlamentə daxil olan layihədə Ali Məhkəməyə hakim vəzifəsinə namizədlərin siyahısı yer alıb.

 

 Səlahiyyət müddəti başa çatmış aşağıdakı hakimlərin Azərbaycan Ali Məhkəməsinin hakimləri təyin edilməsi təklif olunur:

 

  1. Dadaşov İlqar Ağababaş oğlu
  2. Əhmədov Əhməd Abbas oğlu
  3. Əliyev Ələsgər Əliabbas oğlu
  4. Kərimov Fərhad Abdulkərim oğlu.

 

Bundan əlavə, layihədə aşağıdakı hakimlərin vəzifələrinin dəyişdirilərək, Azərbaycan Ali Məhkəməsinə hakim təyin edilmələri haqqında təklif də yer alıb:

 

  1. Mövsümov Nazim Rasim oğlu
  2. Nağıyev İman Məmməd oğlu
  3. Rəcəbov İlkin Əbülfəz oğlu

 

“Məhkəmələr və hakimlər” haqqında qanuna uyğun olaraq, Səyyad Əli oğlu Kərimovun Azərbaycan Ali Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi irəli sürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynada ƏMƏLİYYAT - Krımda Rusiyaya ağır zərbə