Modern.az

Operativ Qərargah məlumat yaydı - 432 nəfər yoluxdu

Operativ Qərargah məlumat yaydı - 432 nəfər yoluxdu

Hadisə

18 May 2021, 16:30

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 432 yeni yoluxma faktı qeydə alınıb, 1024 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 330701 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 316439 nəfər müalicə olunaraq sağalıb, 4802 nəfər vəfat edib, aktiv xəstə sayı 9460 nəfərdir.

 

Ölkədə son sutka ərzində 11116, hazırkı dövrədək isə 3404046 test aparılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir