Modern.az

İtkin hərbçimizin nəşi tapıldı - FOTO

İtkin hərbçimizin nəşi tapıldı - FOTO

19 May 2021, 10:36

Hərbi prokurorluq itkin düşən daha bir hərbçinin nəşinin tapıldığı barədə məlumat yayıb.

 

Prokurorluqdan Modern.az-a verilən məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun - müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İbrahimov Təbriz İsmayıl oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

 

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.

 

Təbriz İbrahimov 8 oktyabr 1992-ci ildə Salyan rayonunun Çadırlı kəndində anadan olub. O, Murovdağ döyüşlərində itkin düşüb. Sonuncu dəfə 28 sentyabr tarixində ailə üzvləri ilə əlaqə saxlayıb. Həmin vaxt mina partlayışı nəticəsində ayağından yaralandığını və Ağdağ adlı postdan dərənin dibinə düşdüyünü, neytral zonada olduğunu və çox qan itirdiyini bildirib.

 

 
 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir