Modern.az

311 kilometrlik yolu 3 saat 20 dəqiqəyə gedən sürət qatarında gediş haqqı - FOTOLAR

311 kilometrlik yolu 3 saat 20 dəqiqəyə gedən sürət qatarında gediş haqqı - FOTOLAR

İqtisadiyyat

19 May 2021, 11:05

Mayın 15-də Prezident İlham Əliyevin açılışını etdiyi Qəbələ Dəmir yolu Vağzalının ilk sərnişinləri media nümayəndələri oldu.

 

Modern.az-ın məlumatına görə, Bakıdan yola düşən sürət qatarı çox rahatlıqla, 311 kilometrlik məsafəni 3 saat 20 dəqiqəyə qət edərək, Qəbələ stansiyasına yan aldı. Doğrudur, sərnişinlər daha az müddətə mənzil başına çatmağı gözləyirdi, amma rəsmilər bildirdilər ki, müəyyən müddət sonra çatma müddəti maksimum həddə azalacaq.

 

Müasir yol-nəqliyyat infrastrukturu, ilk növbədə, vətəndaşların rahatlığına xidmət edəcək bu layihənin reallaşması Qəbələdən paytaxta və digər yerlərə gedən sakinlərin rahat və təhlükəsiz şəkildə mənzil başına çatmasına hərtərəfli imkan yaradır.

 

Görülən işlərlə bağlı media nümayəndələrini məlumatlandıran “Azərbayan Dəmir Yolları” (AYD) QSC-nin mətbuat katibi Natəvan Bayramova bildirib ki, Ləki stansiyası – Qəbələ birxətli dəmir yolunun tikinti işlərinə 2018-ci ildə başlanılıb:

 

“Dəmir yolu xətti ox üzrə 42,3 kilometr, yan yollarla birlikdə isə 44,5 kilometr təşkil edir. Ləki stansiyası – Qəbələ birxətli dəmir yolu xətti çətin dağlıq relyefdə layihələndirildiyinə görə torpaq yatağı yüksək qazma (90 metr) və tökmələrdən (12 metr) keçir. Ümumilikdə layihə üzrə 122 ədəd (o cümlədən 7 körpü, 1 yolötürücü, 6 avtomobil alt keçidi, 2 heyvan keçidi və 106 suötürücü boru) süni mühəndis qurğusu, Ağdaş dəmir yolu dayanacağı, Qəbələ dəmir yolu stansiyası, Qəbələ dartı yarımstansiyasının tikintisi və Hacıalı yarımstansiyasının təmiri işləri aparılıb.

 

 


Bakıdan Qəbələyədək dəmir yolu xətti 311 kilometr, qatarın yolda olma müddəti 3 saat 20 dəqiqə təşkil edir. Dəmir yolu xəttində İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan dördvaqonlu ikimərtəbəli sürətli qatarından istifadə olunacaq. Qatar standart, biznes və birinci klass vaqonlardan ibarətdir. Vaqonlardakı yerlərin ümumi sayı 363-dür, bunlardan 293-ü standart, 61-i biznes, 9-u isə birinci klass yerlərdir.

 

Yağış sularının kənarlaşdırılması və torpaq yatağının dayanıqlılığını təmin etmək məqsədilə 16 min 855 poqonometr beton qanov, 430 poqonometr drenaj xətti və 277 poqonometr istinad divarının tikintisi tamamlanıb.

 

Dəmir yoluna paralel olaraq layihə üzrə 10 kV-luq sərbəst yan qidalandırıcı elektrik verilişi xətti və kontakt şəbəkə quraşdırılıb. Həmçinin rabitə və işarəvermə işləri istismara hazır vəziyyətə gətirilib.

 

Sürətli qatarın təhlükəsizliyini təmin etmək üçün dəmir yolunun təhkim zolağı boyunca 84 min 600 poqonometr metal hasar quraşdırılıb”.

 

 

 

Qurum rəsmisinin sözlərinə görə, Bakı-Qəbələ qatarı və stansiya istifadəyə tam hazır olsa da, pandemiya ilə əlaqədar hələlik sərnişinlərin ixtiyarına verilməyib. O həmçinin deyib ki, yaxın vaxtlarda Bakı-Qəbələ qatarına biletlərin qiymətləri müəyyən olunacaq və ictimaiyyətə məlumat veriləcək.

 

Dövlət Turizm Agentliyinin Regional turizmin inkişafı sektorunun müdiri Elgün Cavadov deyib ki, Bakıdan Qəbələyə qatarın işə düşməsi regional turizm üçün mühüm hadisədir.

 

O bildirib ki, Azərbaycan kimi coğrafi baxımdan kiçik ölkələrdə dəmir yolu ilə səyahət olduqca önəmlidir. Gəncədən sonra Qəbələyə sürət qatarının təşkili şimal regionunun turizm potensialının nümayişi üçün əhəmiyyət kəsb edir:

 


 

“Qəbələ daxili və xarici turistlərin səyahəti baxımından Bakıdan sonra ikinci yerdə qərarlaşıb. Həmçinin Qəbələ ilin bütün fəsillərində turistləri özünə cəlb edən bir istiqamətdir. Bu səbəbdən yeni dəmir yolu xəttinin açılışı təsadüfi hadisə deyil və Qəbələnin turizm potensialının artırılmasında mühüm rol oynayacaq”.

 

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev rəsmi açıqlanmasa da Bakı-Qəbələ qatarında daşınacaq sərnişinlər üçün nəzərdə tutulan bilet qiymətlərilə bağlı fikirlərini bildirib.

 

Onun proqnozlarına görə, Bakıdan Qəbələyə olan məsafə ilə Bakıdan Gəncəyə məsafə arasında ciddi fərq olmadığı üçün qiymətlər də eyni aralıqda müəyyənləşəcək:

 

“Təbii ki, bu, mənim proqnozumdur. Standrt 10 manat, biznes 25 manat. Amma dəqiq tariflər “Azərbaycan Dəmir Yolları” tərəfindən açıqlanacaq”.

 

Modern.az sərnişinlərə maraqlı olacağından, Bakı-Gəncə sürət qatrındakı qiymət t02/701 nömrəli Bakı-Gəncə-Bakı sürətli  sərnişin qatarında gediş haqqı CƏDVƏLİ 08.04.2019-cu ildən etibarən 

 

 

 

Istiqamət

 

Məsafə

km

Siniflər üzrə Tariflər

(ƏDV daxil olmaqla)

(AZN)

Tam

Uşaq

Standart

Biznes

Birinci klass

Standart

Biznes

Birinci klass

Bakı-Gəncə

364

10.0

25.0

100.0

5.0

12.5

50.0

Bakı-Goran

319

10.0

23.0

93.0

5.0

11.5

46.5

Bakı-Yevlax

294

9.0

21.0

87.0

4.5

10.5

43.5

 

 

 

 

 

 

 

 

Biləcəri-Gəncə

350

10.0

23.0

93.0

5.0

11.5

46.5

Biləcəri-Goran

305

10.0

23.0

93.0

5.0

11.5

46.5

Biləcəri-Yevlax

280

9.0

21.0

87.0

4.5

10.5

43.5

 

 

 

 

 

 

 

 

Yevlax-Gəncə

70

3.0

7.0

30.0

1.5

3.5

15.0

Yevlax-Goran

25

2.0

5.0

23.0

1.0

2.5

11.5

Yevlax-Biləcəri

280

9.0

21.0

87.0

4.5

10.5

43.5

Yevlax-Bakı

294

9.0

21.0

87.0

4.5

10.5

43.5

 

 

 

 

 

 

 

 

Goran-Gəncə

45

3.0

7.0

25.0

1.5

3.5

12.5

Goran-Yevlax

25

2.0

5.0

23.0

1.0

2.5

11.5

Goran-Biləcəri

305

10.0

23.0

93.0

5.0

11.5

46.5

Goran-Bakı

319

10.0

23.0

93.0

5.0

11.5

46.5

 

 

 

 

 

 

 

 

Gəncə-Goran

45

3.0

7.0

25.0

1.5

3.5

12.5

Gəncə-Yevlax

70

3.0

7.0

30.0

1.5

3.5

15.0

Gəncə-Biləcəri

350

10.0

23.0

93.0

5.0

11.5

46.5

Gəncə-Bakı

364

10.0

25.0

100.0

5.0

12.5

50.0

 

 

 

 

 

 

 

 

 

 

 

Qeyd edək ki, sərnişinin 5 yaşadək bir uşağı (əgər o ayrıca yer tutmursa) özü ilə pulsuz aparmaq hüququ vardır. Bu zaman uşaq üçün  pulsuz gediş sənədi tərtib edilir.

 

5 yaşa qədər uşaq ayrıca yer tutarsa, ona uşaq tarifi üzrə gediş sənədi (bileti) alınmalıdır.

 

Sərnişinlə gedən bir uşaqdan artıq 5 yaşa qədər uşaqların hər birinə uşaq tarifi ilə gediş sənədləri (biletlər) alınmalıdır.

 

 5 yaşdan 10 yaşadək uşaqlara gediş sənədləri (biletləri) uşaq tarifi ilə sənədləşdirilir.

 

10 yaşdan böyük uşaqlara tam tarif ilə gediş sənədləri (biletlər) tərtib edilir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır