Modern.az

Ermənistandan Azərbaycanla danışıqlarda qeyri-adekvat TƏLƏB

Ermənistandan Azərbaycanla danışıqlarda qeyri-adekvat TƏLƏB

19 May 2021, 14:47

Ermənistan-Azərbaycan sərhədlərinin demarkasiyası və delimitasiyası ilə bağlı danışıqlar davam edir.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ölkənin Təhlükəsizlik Şurasının Baş katibi Armen Qriqoryan sərhəd danışıqlarında Rusiyanın vasitəçiliyini rədd edib. Rəsmi Yerevan bütün mübahisəli ərazilərdən Azərbaycan Ordusunun dərhal çıxması kimi qeyri-adekvat tələb irəli sürüb.

“Rusiyanın vasitəçilik təklifini alqışlayırıq amma danışıqların başlaması üçün ilk növbədə, rəqib Ermənistan ərazisini tərk etməlidir. Yalnız bundan sonra müzakirə üçün şərait yaradılacaq”.

 

Ermənistan Rusiya ilə əməkdaşlığa hazır olsa da hazırkı məqamda bundan imtina edib.

Xatırladaq ki, bu gün saat 14:00-da Azərbaycanla Ermənistan arasında sərhəd danışıqları baş tutmayıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır