Modern.az

Qarabağ erməniləri sülhməramlılara ŞİKAYƏTLƏNDİ

Qarabağ erməniləri sülhməramlılara ŞİKAYƏTLƏNDİ

Qarabağ

19 May 2021, 21:45

"Rusiya Sülhməramlı Kontingentinin (RSK) Humanitar Reaksiya Mərkəzində Vətəndaşların Qəbulu Mərkəzi işlərini davam etdirir. İtkin düşmüş hərbçilərin axtarışı, humanitar yardım, işə kömək və digər problemli mövzularda məlumat toplamaq üçün "qaynar xətt" də mövcuddur".

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın Qarabağ bölgəsində yerləşən RSK Humanitar Reaksiya Mərkəzinin Vətəndaşların Qəbulu Mərkəzinin növbətçisi Dmitri Serov bildirib.

 

Onun sözlərinə görə, ümumilikdə, 3600-dən çox insan kömək üçün qəbul mərkəzinə müraciət edib.

 

“Qaynar xətt vasitəsilə 800-dən çox zəng daxil olub. İndiyə qədər ən kəskin problem itkin düşmüş şəxslərin axtarışı, əmlakın qaytarılması və qaçqın məsələləri olaraq qalır. Müxtəlif məsələlərdə də bizimlə əlaqə saxlayırlar. Xüsusilə, bu gün Əfqanıstan müharibəsi veteranlarının ödənişlərlə bağlı bir müraciəti oldu. Onlar hələ də ödəmələri ala bilmədiklərini bildirirlər. Müraciəti qəbul etdik və onlara kömək etməyə çalışırıq” - deyə Dmitri Serov bildirib.

 

Qeyd olunub ki, itkin düşənlərin axtarışı üzrə fəaliyyətlər sonradan RSK hərbçiləri tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin, Azərbaycan və Ermənistan tərəflərinin nümayəndələri ilə birlikdə həyata keçirilir.

 

Məlumata görə, özünü Hadrut bölgəsi administrasiyasının rəhbəri kimi təqdim edən Artur Bağdasaryan Humanitar Reaksiya Mərkəzinin Vətəndaşların Qəbulu Mərkəzini ziyarət edib:

 

“İndi bu müharibənin bitməsini istəyirik. Qaçqınlarımızın hamısı evlərinə qayıtsın və həyatlarını dinc şəraitdə davam etdirsin”, - deyə Artur Bağdasaryan bildirib.

 

Turan ASLAN

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir