Modern.az

"YAŞAT" xeyriyyə marafonunu İsrail mətbuatında 

Diaspor

20 May 2021, 11:46

 

İsrailin //www.peacecom.org xəbər saytında "Azərbaycan Diasporuna Dəstək Fondunun təşkil etdiyi YAŞAT marafonu ilə həmrəylik nişanəsi kimi" sərlövhəli məqalə yayımlanıb.

 

Siyasi şərhçi Reyçel Avraamın qələmə aldığı məqalədə "YAŞAT" Fondunun Vətən müharibəsində həlak olmuş şəhidlərin ailələrinə, eləcə də yaralanmış əsgərlərə dəstək istiqamətindəki fəaliyyətindən, dünya azərbaycanlılarının bu fondun, eləcə də Azərbaycan Diasporuna Dəstək Fondunun fəaliyyətinə dəstək verməsindən danışılıb. "Azərbaycan diasporunun görkəmli nümayəndələri – Türkiyədə yaşayan Azərbaycan Respublikasının Xalq artisti, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov və Danimarkada yaşayan Avropanın tanınmış nevroloqu Məsud Aşina "YAŞAT" Fondunun Himayəçilik Şurasında təmsil olunurlar".  

 

Yaxın günlərdə Azərbaycan Diasporuna Dəstək Fondu və "YAŞAT" fondunun birgə təşəbbüsü ilə Azərbaycan Diasporuna Dəstək Fondu tərəfindən Xeyriyyə Marafonunun təşkil edələcəyinə diqqət cəlb olunub. Müəllif vurğulayıb ki, II Qarabağ müharibəsi ərzində və sonrakı dövrdə müxtəlif məhrumiyyətlər və itkilərlə üzləşən Azərbaycan xalqının İsrail dövlətinin və xalqının dəstəyinə ehtiyacı var. 

 

Məqalədə Holokost tarixi üzrə tanınmış təqdiqatçı Elie Uezelin və İsrail Parlamentinin sabiq üzvü, ölkənin kommunikasiya, peyk və kiber naziri olmuş  Ayub Karanın fikirlərinə yer verilib. 

 

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

 

//www.peacecom.org/en/article/1871/

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi