Modern.az

Bugünkü yoluxma sayı və 14 ölüm...

Bugünkü yoluxma sayı və 14 ölüm...

Hadisə

20 May 2021, 16:36

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 437  yeni yoluxma faktı qeydə alınıb, 893 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 331477 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 318502 nəfər müalicə olunaraq sağalıb, 4828 nəfər vəfat edib, aktiv xəstə sayı 8147 nəfərdir.

 

Ölkədə son sutka ərzində 10569, hazırkı dövrədək isə 3425183 test aparılıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir