Modern.az

Ürəyindən əməliyyat olunan Tahir Salahov Almaniyaya müayinəyə gedibmiş - Bacısı DANIŞDI

Ürəyindən əməliyyat olunan Tahir Salahov Almaniyaya müayinəyə gedibmiş - Bacısı DANIŞDI

Mədəniyyət

21 May 2021, 10:44

SSRİ Xalq rəssamı, görkəmli azərbaycanlı Tahir Salahov dünən gecə saatlarında Almaniyada dünyasını dəyişib.

 

Mərhumun bacısı Zərifə Salahova Modern.az-a açıqlamasında deyib ki, Tahir Salahov 3-4 gün olardı ki, Almaniyaya müainəyə getmişdi:

 

“Tahir 1988-ci ildə Almaniya ürəyindən əməliyyat olub. O gündən bəri ildə iki dəfə Almaniyaya yoxlanışa gedirdi.

 

3-4 gün əvvəl yenə Almaniyaya ürəyini müayinə etdirməyə getmişdi. Dünən də gecə saatlarında rəhmətə gedib. Ölüm səbəbi barədə hələ heç bir məlumatımız yoxdur”. 

 

Fidan İlqar

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə