Modern.az

Azərbaycanla Türkiyə təhsil sahəsində əməkdaşlıq protokolu imzaladı

Azərbaycanla Türkiyə təhsil sahəsində əməkdaşlıq protokolu imzaladı

Təhsil

21 May 2021, 13:28

Təhsil naziri Emin Əmrullayev Türkiyədə Maarif Fondunun rəhbəri Birol Akgünlə görüşüb.

 

Modern.az-ın məlumatına görə, görüşdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və Maarif Fondunun rəsmiləri iştirak edib.

 

Görüş zamanı Təhsil Nazirliyi ilə Maarif Fondu arasında əməkdaşlıq protokolu imzalanıb.

 

Protokol iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi və təşviqini nəzərdə tutur.

 

Qeyd edək ki, Türkiyə Maarif Fondunun tərkibinə 67 ölkədə fəaliyyət göstər 357 tədris müəssisəsi və 1 universitet daxildir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi