Modern.az

Ermənistan ordusu itki verdi

Ermənistan ordusu itki verdi

Dünya

21 May 2021, 15:00

Ermənistan Ordusunda əsgər ölümü qeydə alınıb.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə ötən gün saat 19.00 radələrində baş verib. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin zirehli maşını daimi yerdən tətbiq sahələrinə gedərkən yoldan çıxıb və təxminən 100 metr dərəyə yuvarlanıb .


Nəticədə ötən il hərbi xidmətə çağırılan mexanik-sürücü Arman Hambaryan aldığı bədən xəsarətlərindən ölüb.


Müdafiə Nazirliyi faktı təsdiqləyib, olayla bağlı  istintaq aparılır. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyev işi hansı gizli sirləri açır?