Modern.az

Yoluxma və ölüm sayı azaldı - 769 nəfər sağaldı

Yoluxma və ölüm sayı azaldı - 769 nəfər sağaldı

21 May 2021, 17:08

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 406 yeni yoluxma faktı qeydə alınıb, 769 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 331883 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 319271 nəfər müalicə olunaraq sağalıb, 4839 nəfər vəfat edib, aktiv xəstə sayı 7773 nəfərdir.

 

Ölkədə son sutka ərzində 10009, hazırkı dövrədək isə 3435192 test aparılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir