Modern.az

Əyləncə klubunda olan 100-dən çox şəxs CƏRİMƏLƏNDİ

Əyləncə klubunda olan 100-dən çox şəxs CƏRİMƏLƏNDİ

22 May 2021, 10:03

Paytaxtın Nəsimi rayonunda xüsusi karantin rejimi qaydalarına əməl etməyən əyləncə klubu aşkarlanıb.

Məlumatı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozan obyektin sahibi, xidmət personalı və məkanda olan digər şəxslər barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

 

"Ümumilikdə 100-dən artıq şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilməklə,  inzibati tənbeh tədbiri tətbiq olunub.

Sahibkarlıq subyektinin rəhbərliyi barəsində isə müvafiq araşdırmalar davam etdirilir. Nəticədən asılı olaraq onun əməlinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar məhkəməyə göndəriləcək",- deyə rəsmi məlumatda bildirilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər