Modern.az

Bakı-Ceyhan kəməri ilə Türkiyəyə neft nəqli azalıb

Bakı-Ceyhan kəməri ilə Türkiyəyə neft nəqli azalıb

22 May 2021, 15:44

2021-ci ilin aprelində Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə Türkiyəyə 16,607 milyon barel xam neft nəql edilib.

 

Modern.az-a bu barədə Türkiyənin BOTAŞ şirkətinə istinadən məlumat verir.

Qeyd edək ki, 2020-ci ilin aprelində bu göstərici 20,133 milyon barelə bərabər olmuşdu.

2021-ci ilin yanvar-aprel aylarında BTC vasitəsilə Türkiyəyə 68,605 milyon barel xam neft nəql edilib.

Xatırladaq ki, 2020-ci ildə BTC vasitəsilə ümumilikdə 208,064 milyon barel xam neft nəql edilmişdi.

Ötən ilin yanvar-dekabr ayları arasında Türkiyəyə BTC ilə ən yüksək neft nəqli aprel ayında (20,133 milyon barel), ən az nəql noyabr ayında (15,593 milyon barel) qeydə alınıb.

 

Türkiyə BTC vasitəsilə yanvarda 19,885 milyon barel, fevralda 18,162 milyon barel, martda 19,609 milyon barel, apreldə 20,133 milyon barel, mayda 16,954 milyon barel, iyunda 16,333 milyon barel, iyulda 15,874 milyon barel, avqustda 17,575 milyon barel, sentyabrda 15,617 milyon barel, oktyabrda 15,823 milyon barel, noyabrda 15,593 milyon barel, dekabrda 16,506 milyon barel neft idxal edib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı