Modern.az

Siyəzəndə 2 avtomobil toqquşdu - Bakıya gedən yol bağlandı

Siyəzəndə 2 avtomobil toqquşdu - Bakıya gedən yol bağlandı

22 May 2021, 16:22

Bu gün səhər saat 10 radələrində  Bakı-Quba yolunun 106-cı km də, Siyəzən rayonu ərazisində iki avtomobilin aşması tıxaca səbəb olub.

 

Modern.az xəbər verir ki, Qubadan Bakı idtiqamətinə hərəkət edən nəqliyyat vasitələrinün sürücü və sərnişinləri yolda bir qədər ləngiməli olublar. Ağsu rayon sakini, 26 yaşlı İsmayıl Abuzərovun idarə etdiyi Qazel markalı avtomobillə Abşeron sakini,39 yaşlı Teyyub Məmmədovun  idarə etdiyi DAF FTXF markalı yük avtomobili manevr edən zaman  toqquşub və hər iki avtomobil aşıb.

 

DAF markalı yük avtomaşının aşması nəticəsində Bakı istiqamətinə yolun hərəkət hissəsi bir müddət bağlanıb. Görülən tədbirlərlə yolun açılması  təmin olunub. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

 

Aytəkin ALXASLI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı