Modern.az

“Oqtay Gülalıyevin səhhətində ciddi irəliləyişlər var” - Həyat yoldaşı 

“Oqtay Gülalıyevin səhhətində ciddi irəliləyişlər var” - Həyat yoldaşı 

Hadisə

23 May 2021, 11:13

2019-cu ilin oktyabrında baş vermiş yol-nəqliyyat qəzası nəticəsində uzun müddət komada qalan tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində irəliləyişlər var.

Modern.az saytı xəbər verur ki, bunu O.Gülalıyevin həyat yoldaşı Firuzə xanım “Turan” İnformasiya Agentliyinə bildirib.

“Şükür Allaha ki, Oqtay bəyin səhhətində yaxşılaşmalar var. Əllərini hərəkət etdirir, nəsə deməyə çalışır. Əlləri ilə “hə”, “yox” deyir, cavab verə bilir. Həkimlərin sözlərinə görə, səs tellərinin bərpası da gözlənilir. Gözləyirik, tam sağalsın və danışa bilsin. Hər gün tibb bacıları gəlib baxırlar, qulluq edirlər”. 

G.Gülalıyeva həyat yoldaşının hər gün həkim nəzarətidə olduğunu vurğulayıb və Heydər Əluyev Fonduna göstərdiyi dəstəyə görə təşəkkür edib. Bildirib ki, Türkiyədə Heydər Əluyev Fondunun dəstəyi sayəsində 3 dəfə əməliyyat olunub.

“Dövlət dəstəyi, Heydər Əliyev Fondunun dəstəyi olmasaydı Oqtay aramızda olmazdı. Həyatda qalması Heydər Əliyev Fondunun dəstəyilə oldu və hazırda da həkim nəzarətdindər, Fondun prezidenti Mehriban xanıma təşəkkür edirəm”.


Oqtay Gülalıyev 2019-cu il 29 oktyabrda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində kəllə-beyin travması alıb və bir neçə saatdan sonra komaya düşüb. Növbəti gün o əməliyyat olunub və məlum olub ki, beyinə qan sızması baş verib.
2019-cu il noyabrın 5-də Heydər Əliyev Fondunun dəstəyi ilə müalicəsini davam etdirmək üçün Türkiyənin İstanbuldakı Avrasiya Klinikasına yerləşdirilib. Noyabrın 20-dən onun müalicəsi İstanbuldakı Amerika Xəstəxanasında davam etdirilib.
O.Gülalıyev 2020-ci il noyabrın 8-də Türkiyədən Bakıya gətirilib. Onun müalicəsi ev şəraitində davam etdirilir.


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar