Modern.az

İtaliyada funikulyor qəzası: Ölənlər var

İtaliyada funikulyor qəzası: Ölənlər var

Dünya

23 May 2021, 17:14

İtaliyanın şimalında (Piemont bölgəsi) funikulyorda baş verən qəza nəticəsində səkkiz nəfər ölüb, iki uşaq ağır yaralanıb.

 

Modern.az  bildirir ki, bu barədə ANSA agentliyi hadisə yerində işləyən xilasedicilərə istinadən məlumat verib. Bildirilir ki, ən azı 11 nəfərin olduğu bir kabində kəndirin qırılması nəticəsində funikulyor qəzaya uğrayıb.

 

 

Vəziyyəti ağır olan uşaqlar xəstəxanaya aparılıb.

 

Hadisənin səbəbləri araşdırılır.

 

Qeyd edilir ki, funikulyor pandemiya səbəbindən qış mövsümü boyunca bağlı olub. Yalnız bu həftə sonu dağ kurortlarında fəaliyyətə başlayıb.

 
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə