Modern.az

Azad edilən ərazilərdə ağıllı məktəblər qurulacaq - Komitə sədri

Azad edilən ərazilərdə ağıllı məktəblər qurulacaq - Komitə sədri

24 May 2021, 14:50

Müəllimlər arasında təşkil olunan "İlin gənc müəllimi-2021" müsabiqəsində qaliblər müəyyən edilib. Müsabiqənin qalibi Xətai rayonu, 27 nömrəli tam orta məktəbin İnformatika müəllimi, Vətən Müharibəsi iştirakçısı Elvin Səlimov olub.

 

Bu gün  "İlin Gənc Müəllimi - 2021" müsabiqəsinin  yekun hesabat tədbiri keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə iştirak edən Milli Məclisin Elm və təhsil komitəsinin rəhbəri, deputat Bəxtiyar Əliyev müsabiqə ilə bağlı fikirlərini bildirib:

 

“”İlin gənc müəllimi” müsabiqəsinin fəaliyyətini təqdirəlayiq hesab edirəm. Müəllim peşəsi cəmiyyət üçün ən vacib sahələrdən biridir. Lakin etiraf etmək lazımdır ki, bu gün ən böyük problemlərdən biri kənd yerlərində ayrı-ayrı fənlər üzrə müəllim çatışmazlığının yaşanmasıdır. Bu da həmin bölgələrdə təhsil alan şagirdlər üçün çətinliklər yaradır. Ona görə də gənc müəllimlərin fədakər əməyi qiymətləndirilməlidir. Bu onların motivasiyalarını artıracaq və nəticədə regionlarda daha savadlı şagirdlər yetişərək cəmiyyətə xeyir verəcəkdir.

 

İşğaldan azad edilən ərazilərdə ağıllı məktəblər qurulacaq. Texnoloji inkişaf nəticəsində kənd  məktəbləri ilə şəhər arasında fərq olmayacaq. Şagirdlər Ağdam, Laçın və Qarabağın dilbər guşələrində təhsillərini davam etdirəcəklər”.

 

Deputat müəllim peşəsinin ucalığınından söz açır:

 

“Cənab Prezidentin də qeyd etdiyi kimi ölkənin bütün gücü insan kapitalının inkişafına yönəlib. Bu da müəllimlərin üzərinə böyük yük qoyur. Onlar dövlətin inkişafında qabaqcıl roy oynayacaqlar.

 

Müəllimlərin təcrübələrinin bölüşdürülməsi baxımından müsabiqə və “İlin gənc müəllimi” olduqca əhəmiyyətlidir. Tədbir iştirakçılarını təbrik edir və qaliblərə uğurlar arzu edirəm”. 

 

Qeyd edək ki, beynəlxalq  “Global Teacher” müsabiqəsinin şərt və meyarlarını əsas götürən “İlin gənc müəllimi”  3 turda həyata keçirilir. İlkin olaraq birinci mərhələdə iştirakçılar müraciət formunu doldurublar. Hər bir müəllim şəxsən özü  forma daxil olaraq  ona təqdim olunan sualları cavablandırmalıdır.

 

Qeyd edək ki, çoxsaylı müraciətləri nəzərə alaraq 35 yaşa qədər qoyulan limit aradan götürülür, yüksək nəticələri nəzərə alınmaqla bəzi hallarda 39 yaşadək (39 yaş da daxil olmaqla) olan müəllimlərə müsabiqəyə qatılmaq şansı verilib.

 

İlk dəfə olaraq budəfəki müsabiqədə ötənlərdən fərqli olaraq, onluqdakı finalçılar arasından qaliblərin qiymətləndirilməsi fərqli qaydada aparıldı və onluqdakı iştirakçılar da bunu məmnuniyyətlə qarşıladı: 100 ballıq sistemə əsasən səsvermənin nəticələri maksimum 20 bal götürüldü. Qalan 80 bal isə məhz münsiflər tərəfindən iştirakçıların göstəricilərinə, qeyd olunan meyarlara görə verildi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi