Modern.az

Ötən il büdcə gəlirləri nə qədər olub...

Ötən il büdcə gəlirləri nə qədər olub...

İqtisadiyyat

24 May 2021, 16:39

2020-ci ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 681 milyon 734 min manat təşkil edib.

Modern.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində qeyd olunub.

Layihəyə görə, dövlət büdcəsi gəlirlərinin ümumdaxili məhsulda xüsusi çəkisi 2020-ci ildə 34,1 faiz təşkil edib. Bu da 2019-cu illə müqayisədə 4, 5 faiz çoxdur.

Dövlət büdcəsinin gəlirlərinin 7387,2 milyon manatı və ya 29,9 faizi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, 3938,2 milyon manatı və ya 16,0 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların payına düşür. Bundan başqa 2020-ci il dövlət büdcəsində 12200,0 milyon manat və ya 49,4 faiz gəlir Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin hesabınadır.

Dövlət büdcəsi gəlirlərinin 1156,3 milyon manatı və ya 4,7 faizi digər gəlirlərin payına düşür.

2020-ci ildə koronavirus (COVID-19) pandemiyasının mənfi təsirləri, neftin qiymətində müşahidə olunan qeyri-sabitlik ölkədə iqtisadi fəallığın azalmasına, turizmin, nəqliyyat sektorunun, habelə pərakəndə ticarətin əhəmiyyət kəsb edən səviyyədə aşağı düşməsinə səbəb olub. Dünya bazarında xam neftin qiymətinin və OPEC+ razılaşması çərçivəsində neftin hasilatının kəskin azalması ölkə üzrə neft sənayesinə əhəmiyyətli dərəcədə mənfi təsir edib və nəticədə neft sektoru üzrə ÜDM 7,0 faiz azalıb. Lakin koronavirus (COVID-19) pandemiyasının  mənfi təsirlərinə baxmayaraq, 2020-ci il ərzində qeyri-neft sənayesi üzrə artım 12,0 faiz təşkil edib.

Qeyd edək ki, sənəd yaxın günlərdə Milli Məclisin plenar iclasında I oxunuşda müzakirəyə çıxarılacaq.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür