Modern.az

"Azİz" "YAŞAT" marafonu üçün çağırış etdi

Diaspor

24 May 2021, 17:36

"Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizi Azərbaycan Diasporuna Dəstək Fondunun və "YAŞAT" Fondunun birgə təşkil etdiyi "YAŞAT" xeyriyyə marafonunda fəal iştirak etməyə çağırıb.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, assosiasiyanın sosial media şəbəkələrində paylaşılan müraciətində bildirilib ki, Azərbaycan xalqı heç bir zaman oğullarının qəhrəmanlığını unutmayacaq: "Əziz dostlar, gəlin II Qarabağ müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda canlarından keçən şəhidlərin və yaralanan qazilərin ailələrinə kömək edək! Biz sizi ağır bərpa dönəmini keçən qəhrəmanların ailələrinə yardım etməyə çağırırıq. Məhz, bu məqsədlə Azərbaycan Diasporuna Dəstək Fondu bu xeyriyyə marafonunu təşkil edir", - deyə müraciətdə bildirilib.

 

Qeyd edək ki, "Azİz" rəhbərlərinin və fəallarının internet üzərindən müraciəti və "Ana Vətən çağırır!", "Gəlin bir olaq!", "Birlikdəyik!" çağırışları çoxsaylı sosial şəbəkə istifadəçiləri tərəfindən izlənilib və paylaşılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar