Modern.az

Övladının əllərini yandıran ana valideynlik hüququndan məhrum oluna bilər

Övladının əllərini yandıran ana valideynlik hüququndan məhrum oluna bilər

Hadisə

24 May 2021, 18:41

Baş Prokurorluq Bərdə rayonunda 7 yaşlı uşağın anası tərəfindən bədəninin müxtəlif nahiyələrinin yandırılaraq işgəncəyə məruz qalması və hazırda onun xəstəxanada stasionar müalicə alması barədə yayılan məlumatlara münasibət bildirib.

 

Qurumdan Modern.az-a verilən məlumata görə, məsələ ilə bağlı Bərdə rayon prokurorluğunda araşdırma aparılıb:

"Məlum olub ki, Bərdə şəhər sakini Raya Həsənova tanışı Mahmud Mehraliyev ilə birlikdə 2013-cü il təvəllüdlü oğlunu mütamadi olaraq döymüş və 21 may 2021-ci ildə qızdırılmış qaşıqla qollarına xəsarət yetirib.

Fakta görə Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.3 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən əzab vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması rayon polis şöbəsinin İstintaq şöbəsinə tapşırılıb.

 

Eyni zamanda, Raya Həsənovanın qanunsuz hərəkətləri hazırda azyaşlı Ömər Nəbizadənin həyatı üçün təhlükə yaratdığından Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən mülki-prosessual və ailə qanunvericiliyinin tələblərinə müvafiq olaraq onun valideynlik hüququnun məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciətin təqdim edilməsi nəzərdə tutulub".

Rəsmi məlumata görə, araşdırma nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın veriləcək.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu