Modern.az

Qarabağda dağıdılmış evlərin bərpası üçün fond yaradılsın – Deputatdan TƏKLİF

Qarabağda dağıdılmış evlərin bərpası üçün fond yaradılsın – Deputatdan TƏKLİF

25 May 2021, 11:44

“İkinci Qarabağ savaşında əhalinin say nisbətinə görə ən çox itki verən rayolardan birini – Tərtəri Milli Məclisdə təmsil edirəm. Dünən şəhid Qənbər Qənbərlinin torpağa tapşırılması ilə rayonumuz 60-cı şəhidini dəfn etdi”.

 

Modern.az xəbər verir ki, bunu parlamentdə çıxış edən deputat Sahib Alıyev bildirib. Deputat müharibə zamanı dağıdılmış evlərlə bağlı məsələ qaldırıb:

“Hazırda bərpa edilən və ya tam dağıdılan evlər var ki, yenidən tikilənlər bunun yanında daha azdır. Dəyən zərər qiymətləndirilərkən bir çox strukturlar ədalətsizliyə yol verirlər. Ödəniləcək kompensasiyanı da bir çox ailələr ala bilməyiblər. Tərtər adətən ən çox qaçqın və məcburi köçkün qəbul edən rayondur. Onların bir çoxu başqa yerlərdə yaşamağa məhkum olub.

Dövlətimizin bütün diqqəti azad edilmiş ərazilərdədir. Mən təklif edirəm ki, elliklə dağıdılmış evlərlə bağlı hərəkətə keçək, buna baxan bir fond yaradılsın. Həmin məsələdə də dəmir yumruq olduğumuzu sübut etməliyik”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir