Modern.az

“Şuşa nəinki Azərbaycanın, həm də dünyanın mədəniyyət paytaxtı olacaq” 

“Şuşa nəinki Azərbaycanın, həm də dünyanın mədəniyyət paytaxtı olacaq” 

Aktual

25 May 2021, 12:28

Milli Məclisin Şuşadan olan deputatı Tural Gəncəliyev Şuşaya Azərbaycanın mədəniyyət paytaxtı verilməsi ilə bağlı danışıb.

 

Modern.az xəbər verir ki, deputat bu gün qürur hissi keçirdiyimizi xüsusi qeyd edib:

 

"1992-ci ildə torpaqlarımızdan qovulub etnik təmizləməyə məruz qalmışdıq. Çox şükürlər olsun ki, Ali Baş Komandanın rəhbərliyi və ordumuzun gücü hesabına torpaqlarımıza qayıtdıq".

 

Deputat Şuşaya etdiyi sonuncu səfəri barədə də danışıb:

 

"Şuşada dağılmış yerləri görəndə bir daha ermənilərin nə qədər amansız olduqlarının şahidi olduq. Şuşa şəhəri azad olunandan sonra Ermənistan kapituyasiya imzalamağa məruz qalıb. Şuşa nəinki Azərbaycanın həm də dünyanın mədəniyyət paytaxtı olacaq. Bu qanun layihəsini dəstəkləyəcəm"

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir