Modern.az

Parlament Şuşa haqqında qanun layihəsini birinci oxunuşda qəbul etdi

Parlament Şuşa haqqında qanun layihəsini birinci oxunuşda qəbul etdi

25 May 2021, 12:49

Milli Məclisdə Şuşa ilə bağlı qanun layihəsi müzakirə edilib.

 

Modern.az-ın məlumatına görə, “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) parlamentin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

 

Qanun layihəsində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa şəhəri Dövlət Qoruğu yaradılması, Şuşa şəhəri Dövlət Qoruğunun qorunması və bərpası üçün xüsusi Fondun yaradılması, Şuşa şəhərinin ərazisində ekoloji təmiz nəqliyyat vasitələrinə üstünlük verilməsi kimi məsələlər nəzərdə tutulur.

 

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?