Modern.az

“Həmvətənlərimizi “YAŞAT” xeyriyyə marafonunda fəal iştirak etməyə çağırıram” - Deputat

“Həmvətənlərimizi “YAŞAT” xeyriyyə marafonunda fəal iştirak etməyə çağırıram” - Deputat

Diaspor

25 May 2021, 13:46

Diasporla İş üzrə Dövlət Komitəsinin və “YAŞAT” Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı ilə “Birlikdə yaşadaq” şüarı altında keçirilən “YAŞAT" xeyriyyə marafonu davam edir.

 

Xeyriyyə marafonunun məqsədi  dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılara qazilərə və şəhid ailələrinə dəstək üçün çağırışlar etmək, birlik və həmrəylik nümayiş etdirərək, Azərbaycan diasporunun daim dövlətimizin, torpaqlarımızın azadlığı yolunda canını və sağlamlığını fəda edən insanların yanında olduğunu göstərməkdir.

Milli Məclisin deputatı Sevil Mikayılova Modern.az-a marafon haqqında danışarkən qeyd edib ki, şəhid və qazi ailələrinə dəstək məqsədilə təşkil edilən bu marafon gözəl, nəcib bir addımdır:

 

“44 günlük Vətən müharibəsi tariximizin qızıl hərflərlə yazılan, qüruryaşadan səhifələridir. Bu ədalət savaşımızda şanlı Zəfəri Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında, şəhidlərimizin qanı-canı bahasına, qazilərimizin fədəkarlığı sayəsində qazandıq. Bu gün yaşadığımız sevinci, qüruru biz onlara borcluyuq.
Onlardan bizə miras qalan bütöv Vətən, ailələri, övladları isə bizə, qədirbilən Azərbaycan xalqına əmanətdir. Və şəhid və qazi ailələrinə dəstək məqsədilə təşkil edilən bu marafon gözəl, nəcib bir addımdır. Marafonun bütün dünya azərbaycanlılarını "Birlikdə Yaşadaq" şüarı altında birləşdirməsi özü müqəddəs missiyadan xəbər verir. Gəlin bu günləri bizə yaşadanlar üçün birləşək və yaşadaq! Mən dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizi tək amal uğrunda yumruq kimi birləşərək bu marafonda fəal iştirak etməyə çağırıram”.

 

Qeyd edək ki, bu gün saat 21.00-da Azərbaycan Televiziyası ilə nümayiş olunacaq və həmin yayımda müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizlə, ictimai xadimlərlə, tanınmış şəxslərlə canlı bağlantılar təşkil ediləcək, şəhid ailələri, Vətən müharibəsi qəhrəmanları çıxış edəcəklər. Daha sonra xeyriyyə marafonunun nəticələri ictimaiyyətə açıqlanacaq.

 

Fidan İlqar

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır