Modern.az

Milli Məclisdə dövlət qulluğuna qəbulla bağlı MƏSƏLƏ QALDIRILDI

Milli Məclisdə dövlət qulluğuna qəbulla bağlı MƏSƏLƏ QALDIRILDI

25 May 2021, 14:22

“Dövlət qulluğunun idarəetmə orqanı olan Şuranın katibliklə əvəz edilməsi labüddür. Bir çox ekspertlər də bu Şuranın fəaliyyətinin olmadığını qeyd edirdilər”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında dövlət qulluğu haqqında qanuna dəyişikliklərin müzakirəsi zamanı çıxış edən deputat Etibar Əliyev deyib. O qeyd edib ki, dövlət qulluğuna qəbulda universitetlərin reytinqi də əhəmiyyət kəsb etməlidir:

 

“Məsələn, iki məzun iqtisadiyyatla bağlı eyni yerə müraciət edibsə, onlardan ən yaxşı reytinqi olan universitetin məzununu qəbul etmək daha məqsəduyğundur.

Əgər imtahanlarda normativ hüquqi sənədləri bilmək tələb edilirsə, bunu necə sadələşdirmək olar. Konstitusiyaya, Əmək Məcəlləsinə və s. aid sualları asanlaşdırmaq mümkünsüzdür.

 

İmtahan prosedurundakı bir neçə suala baxmışam. Müsahibə mərhələsində dünyagörüşü və emosional davranış yoxlanılır, amma bununla bağlı namizədlərə verilən sualların heç birinin məsələyə aiddiyyəti yoxdur”.

Deputatın fikirlərinə münasibət bildirən spiker Sahibə Qafarova isə bildirib ki, reytinq dəyişən bir məsələdir və heç bir universitetin reytinqi yerində qalmır.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı