Modern.az

Kənd məktəbinin şagirdi maksimum bal TOPLADI

Kənd məktəbinin şagirdi maksimum bal TOPLADI

26 May 2021, 12:46

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə aprelin 29-30-da keçirilən buraxılış imtahanında bir nəfər maksimal olan 300 balı toplayıb.

 

Modern.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, imtahan iştirakçıları arasında 1 nəfər – Şəmkir rayonu, Düyərli kənd 2 saylı orta məktəbinin məzunu maksimal olan 300 bal toplayıb.

 

Qeyd olunub ki, həmin şagird 2 il əvvəl 9-cu sinif səviyyəsi üzrə buraxılış imtahanında da 256.2 bal toplamaqla yüksək nəticə göstərib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir