Modern.az

Ermənistan atəşkəsi POZDU - Kəlbəcər, Gədəbəy, Şuşa istiqamətində... - RƏSMİ

Ermənistan atəşkəsi POZDU - Kəlbəcər, Gədəbəy, Şuşa istiqamətində... - RƏSMİ

Hadisə

26 May 2021, 13:10

Mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulub.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Eyni zamanda, Ermənistan tərəfi təxribat məqsədilə Şuşa şəhəri ətrafında yerləşən postlarımız istiqamətində avtomat silahlardan havaya atəş açıb.

 

Cavab atəşi açılmayıb. İtki yoxdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir