Modern.az

Ekspress avtobuslar metro açılandan sonra da İŞLƏYƏCƏK

Ekspress avtobuslar metro açılandan sonra da İŞLƏYƏCƏK

İqtisadiyyat

26 May 2021, 14:38

Mayın 31-dən metro yanaşı, xüsusi karantin günlərində fəaliyyətə başlayan ekspress avtobuslar da xəttə olacaq.

 

Modern.az-a daxil olan məlumata görə, sərnişin sıxlığını azaltmaq üçün bir müddət ekspress avtobusların fəaliyyəti davam etdiriləcək.

 

Qeyd edək ki, BNA-nın Formula 1- “Azərbaycan Qran Pri” yarışları ilə əlaqədar mayın 31-dən başlayaraq qismən və tam bağlanacaq yollara görə 23 marşrut xəttinin hərəkət sxeminin müvəqqəti dəyişdiriləcəyilə bağlı açıqlamasında yer alan marşrut xətləri sırasında M2, M2A, M3, M7 də var.

 

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarına görə, Bakı metrosu 31 maydan etibarən 5 günlük rejimdə sərnişindaşıma fəaliyyətini bərpa edəcək. Şənbə-bazar günləri isə metro bağlı olacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!