Modern.az

Azərbaycanda yoluxanların sayı 203-ə düşdü - 8 nəfər öldü

Azərbaycanda yoluxanların sayı 203-ə düşdü - 8 nəfər öldü

Hadisə

26 May 2021, 16:35

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 203  yeni yoluxma faktı qeydə alınıb, 596 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 333097 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 322273 nəfər müalicə olunaraq sağalıb, 4885 nəfər vəfat edib, aktiv xəstə sayı 5939 nəfərdir.

 

Ölkədə son sutka ərzində 8397, hazırkı dövrədək isə 3477012 test aparılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır