Modern.az

Cəbrayıllı ağsaqqal İcra hakimiyyətinə müraciət etdi: “Bizi də doğma yerlərə aparın!”

Cəbrayıllı ağsaqqal İcra hakimiyyətinə müraciət etdi: “Bizi də doğma yerlərə aparın!”

Hadisə

27 May 2021, 09:52

Tanınmış ictimai xadim, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, tədqiqatçı alim, əslən Cəbrayıl rayonunun Kavdar kəndindən olan Gülhüseyn Kazımlı işğaldan azad olunmuş torpaqlarla bağlı təklif irəli sürüb.

Modern.az-ın məlumatına görə, o bu təkliflə Cəbrayıl rayon İcra Hakimiyyətinə müraciət edib.

“Bizi - bir qrup Cəbrayıl ağsaqqallını avtobusla heç olmasa Cəbrayıl rayonunun mərkəzinə qədər aparıb torpaqlarımızı ziyarət etdirmək olmaz? Jurnalistləri, xarici qonaqları bildik və anladıq - aparırsınız, bəs biz ağsaqqallar nə vaxt yada düşəcəyik?”, - Gülhüseyn Kazımlı bildirib.

72 yaşlı G.Kazımlı deyir ki, onun bu təklifini reallaşdırmaq İcra hakimiyyəti üçün heç də çətin iş olmaz. Tədqiqatçı alıimin sözlərinə görə, torpaqlar işğaldan azad olunandan sonra 30 ildir yurd həsrətilə yaşamış xeyli qoca,cavan, qadın, uşaq müxtəlif səbəblərdən dogma yerləri görmədən dünyasını dəyişib.


G.Kazımlının sözlərinə görə, bu təklifə görə heç kim onu qınaya bilməz:

“Bu qələbəni bizə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyir, digər hərbçilərimizə can sağlığı arzulayırıq.
44 günlük Vətən müharibəsi zamanı az qala hər evdən savaşda iştirak edənlər oldu, hər kəsin yaxını, qohumu şəhidlik zirvəsinə ucaldı, qazilik şərəfi qazandı. Bu mənada dogma yurd yeri azad edilən hər kəsin gedib o yerləri görmək haqqı var. Bu işi sistemli şəkildə həyata keçirmək həm də savabdır. Axı ömür vəfat eləmir, sabah nə olacağını heç kim bilmir. Xahiş edirəm, bu təklifi nəzərə alsınlar”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır