Modern.az

Rusiyanın ən zəngin varisi azərbaycanlıdır - MARAQLI

Rusiyanın ən zəngin varisi azərbaycanlıdır - MARAQLI

27 May 2021, 14:06

Rusiyanın “Lukoyl” şirkətinin Azərbaycan əsilli sahibi Vahid Ələkbərovun oğlu Yusif 2021-ci ildə Rusiyanın ən zəngin varisi elan olunub.

 

Modern.az “Forbes” jurnalına istinadən xəbər verir ki, 24,9 milyard sərvəti olan Vahid Ələkbərovun bütün mirası yeganə oğluna çatacaq. Rusiyanın ən zəngin 3-cü şəxsi olan Vahid Ələkbərov özündən sonra bütün səhmlərinin oğluna çatacağını, amma “Lukoyl” şirkətinin idarə edilməsi funksiyalarını itirəcəyini əlavə edib.

 

2018-ci ilin oktyabrında Yusif Ələkbərov “Lukoyl”u tərk edərək şəxsi biznesinə başlayıb. O, alkoqolsuz içkilər istehsal edən “Plan B” şirkətinin sahibidir. Bundan başqa, atası ilə şərikli “Lukavto” ASC-yə sahibdir, “EKTO” şirkətinin sahibi kimi həm də Sibirdə yerləşən neft kəmərinin 69% səhmlərini alıb. Yusif Ələkbərovun həyat yoldaşı Alisa isə daşınmaz əmlak biznesi ilə məşğul olan “Yusal” ASC-nin sahibidir.

 

Rusiyanın ən varlı 2-ci varisi isə milyarder Leonid Mixelsonun 2 övladıdır. Onun qızı Viktoriya və azyaşlı oğlu hər biri 12,4 milyard dollar qazanacaq.

Siyahıda ümumilikdə, 20 iş adamı yer alıb.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?