Modern.az

Siyavuş Novruzov kredit faizlərindən ŞİKAYƏTLƏNDİ: “…düzəlmir ki, düzəlmir”

Siyavuş Novruzov kredit faizlərindən ŞİKAYƏTLƏNDİ: “…düzəlmir ki, düzəlmir”

Parlament

27 May 2021, 16:34

“Azərbaycan müstəqillik əldə edəndən bəri çox sahələrdə islahatlar aparıldı, amma bu kredit məsələsi düzəlmir ki, düzəlmir…”.

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin iclasında çıxış edən deputat Siyavuş Novruzov səsləndirib:

“Qanunun fəlsəfəsində o dayanır ki, biz kredit alanı yoxlayırıq, kredit verəni yox. Kredit verən təşkilatların fəaliyyəti yoxlanılmadığına görə günün günorta çağı qərar qəbul edirlər - 4 bank bağlanır.

Hesab edirəm ki, müqavilə imzalananda kredilalanla bərabər, kredit verənin də yoxlanışları bəlli olmalıdır”.


Deputat qeyd edib ki, problemlərdən biri də kredit faizləridir:

“Kredit faizləri ilə depozit arasında 10-12 faiz fərq var. Kredit vətəndaşa 15-24 faizə təqdim edilir. Yoxlamalarda qeyd edilməlidir ki, 24 faizə kredit götürən şəxsin bunu qaytarmaq imkanı varmı?

Girovlarla bağlı da problem var. Vətəndaş müəyyən miqdarda kredit götürürsə, 2-3 qat baha girovu necə qoya bilər. Nəticədə qohum-əqrəbanın evini, əmlakını girov qoyurlar. Bu da problemə gətirib çıxarır”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!