Modern.az

Müdafiə Nazirliyi hərbi maşının minaya düşməsini TƏSDİQLƏDİ

Müdafiə Nazirliyi hərbi maşının minaya düşməsini TƏSDİQLƏDİ

27 May 2021, 18:24

Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi avtomobilin Kəlbəcər rayonunun Ermənistanla sərhəd ərazisində minaya düşdüyünü təsdiqləyib.

 

Nazirliyin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov hərbi avtomobilin minaya düşməsi faktını Modern.az-a təsdiqləyib.

 

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi avtomobilin Kəlbəcər rayonunun Ermənistanla sərhəd ərazisində minaya düşməsi barədə sosial şəbəkələrdə məlumat yayılıb.

 

Hadisə nəticəsində hərbçilər arasında ölən və yaralananların olması ilə bağlı dəqiq məlumat yoxdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi