Modern.az

“Körpülərin salınması”nda sərhədsiz idman haqqında müzakirələr başlayıb

“Körpülərin salınması”nda sərhədsiz idman haqqında müzakirələr başlayıb

28 Sentyabr 2012, 11:52

Bu gün “Körpülərin salınması” Beynəlxalq Konfransının ikinci günü öz işinə başlayıb.

Modern.az xəbər verir ki, birinci paneldə sərhədsiz idman haqqında müzakirələr başlayıb. Burada ilk olaraq BMT Baş katibinin idman, inkişaf və sülh naminə proqramını xüsusi məsləhətçisi Vilfrid Lemko çıxış edib və idman haqqında öz fikirlərini bildirib.

Daha sonra Milli Olimpiya Komitəsinin baş katibi Ağalar Nəbiyev çıxış edərək qeyd edib ki, idmanın hansı növü olursa-olsun, idman insanları keyfiyyətdə daha yaxşı edir.

“Əsasən də olimpiya oyunları xalqlar arasında körpü salınmasında böyük rol oynayır. Azərbaycan bu olimpiya oyunlarında uğurları da bunun göstəricisidir ki, son olimpiyada da ölkəmiz əvvəlkilərdən 3 medal daha artıq qazandı. Ümumiyyətlə dünyanın bir neçə yarışları Azərbaycanda keçirilir. Bunun səbəbi Azərbaycanda həm şəraitin yaxşı olması, həm də oyunların yaxşı keçirilməsidir. Sonuncu dəfə Dünya Boks Çempionatı Bakıda keçirildi, 110 ölkədən 590-a yaxın idmançı burada iştirak etdi. Bu böyük göstərici idi”.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov bildirib ki, idman insanların bir araya gəlməsində əsas vasitədir. “Hər il dünyada 100-dən artıq yarış keçirilir. Bütün bu tədbirlər ən ali idman yarışlarıdır. Azərbaycan bununla bərabər yüksək yarışlar təşkil edir. Ümumiyyətlə, idman elə sahədir ki, orada dilə ehtiyac yoxdur”.

Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov: “Çalışmalıyıq ki, idman inkişaf etsin və o xalqlar arasında dostluğun qurulmasında böyük rol oynayır”, – deyə qeyd edib.

“Konfransda AFFA-nın Baş katibi Elxan Məmmədov 17 yaşa qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının Azərbaycanda keçirilməsi ilə bağlı çıxış edib. O qeyd edib ki, Azərbaycanda qadınlar arasında futbolun olmasını müsbət qəbul edirlər.

“Bu hər oyunda azarkeşlərin sayında da öz əksini tapıb. Belə ki, hər oyunda azarkeşlərin sayı 10 mini keçir. Bu da qadın futboluna olan maraqdan irəli gəlir. Eyni zamanda bu çempionatı Azərbaycanda keçirməyə hazırlaşanda komandamız yox idi. Bu qərar 2010-cu ildə qəbul olunandan sonra 20 ay ərzində komandanı qurduq. Ölkənin müxtəlif bölgələrindən futbolçular seçdik. Düzdür Azərbaycanın oyunu uğurlu olmasa da əsas odur ki, ölkəmiz yarışda iştirak edir. Həm də bu çempionatın müsəlman ölkəsində keçirilməsi çox uğurludur”.

Anar Kəlbiyev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir