Modern.az

Paşinyan Koçaryanı Mehrini Azərbaycana vermək planlarında İTTİHAM EDİB

Paşinyan Koçaryanı Mehrini Azərbaycana vermək planlarında İTTİHAM EDİB

28 May 2021, 14:12

Ermənistanda 20 iyun növbədənkənar parlament seçkiləri öncəsi siyasi mübarizə kəskinləşib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Yerevanda tərəfdarları ilə görüşən baş nazir Nikol Paşinyan eks-prezident Robert Koçaryanı Mehri rayonunu Azərbaycana verməkdə ittiham edib.

 

“Koçaryan 1999-cu ildə Laçin dəhlizinin qarşılığında Mehri rayonunun Azərbaycana verilməsi barədə danışıqlar aparırdı”- deyə Paşinyan söylətib.

 

 

O, Koçaryanı 1999-cu ildə Ermənistan parlamentində baş verən terror aktı barədə də öncədən məlumatlı olmaqda ittiham edib.

 

Vanadzor şəhərində tərəfdarları ilə görüşən Koçaryan isə səslənən açıqlamaları yalan adlandırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyev işi hansı gizli sirləri açır?