Modern.az

Cəlilabadda ər keçmiş arvadını öldürdü

Cəlilabadda ər keçmiş arvadını öldürdü

29 May 2021, 11:04

Mayın 28-də rayon sakini Xanaliyeva Rəna Allahqulu qızının qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

 

Cəlilabad rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, istintaqla zərərçəkmişin keçmiş əri Bayramov Cavid Nəriman oğlunun  qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Rəna Xanaliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.

 

Cavid Bayramov şübhəli şəxs qismində istintaqa cəlb edilib.

 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?