Modern.az

Penitensiar xidmətin əsgəri özünü GÜLLƏLƏDİ

Penitensiar xidmətin əsgəri özünü GÜLLƏLƏDİ

Hadisə

31 May 2021, 10:47

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əsgəri intihar edib.

 

Bu barədə Modern.az-a məlumat verən Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəsisi Mehman Sadıqov bildirib ki, hadisə mayın 31-də saat 02:50 radələrində qeydə alınıb:

 

“Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayının atıcı bölüyünün əsgəri, 2003-cü il təvəllüdlü Məhəmməd Teymur oğlu Əliyev keşikçi qülləsində xidmət apararkən ona təhkim olunmuş AK-74 markalı avtomat silahından atəş açaraq intihar edib. Hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadası ölüm faktını təsdiqləyib”.

 

Onun sözlərinə görə, faktla bağlı Bakı Hərbi Prokurorluğu tərəfindən araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər