Modern.az

Ermənistan itkin sayılan hərbçilərin cəsədlərini soyuducularda GİZLƏDİR

Ermənistan itkin sayılan hərbçilərin cəsədlərini soyuducularda GİZLƏDİR

Qarabağ

31 May 2021, 13:03

Ermənistanda Qarabağ döyüşlərində itkin düşən hərbçilərin yaxınları etiraz aksiyası keçirir.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Yerevanın Heratsi küçəsini bağlayan etirazçılar övladlarının cəsədlərini tələb ediblər.

Etirazçılardan biri Movses Şakaryan Qarabağda açıqlanandan çox cəsədin tapıldığını, lakin ictimaiyyətin qınağından qorunmaq üçün onların soyuducularda saxlanıldığını deyib. Həmin soyuducularda cəsədlərin çürüməməsi üçün temperaturun təmzimləndiyi bildirilir.

 

“Bizə təqdim olunan rəsmi sənədlərə əsasən, Qarabağda tapılan cəsəd sayı azaldılıb, morqlara isə açıqlandığından 2-3 dəfə çox cəsəd daxil olub”-deyə o söyləyib.

Əsgər yaxınları ictimiayyəti ölü sayı ilə şoka salmamaq üçün hakimiyyətin real itkiləri gizlətdiyini, ölən əsgərlərin qalıqlarını xüsusi soyuducularda saxladığını vurğulayıb.

 

Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan Qarabağ döyüşlərində 4 min civarında hərbçinin öldüyünü desə də, ictimai təşkilatlar və jurnalistlər real ölü sayının 6 mindən çox olduğunu bildirir. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?