Modern.az

Yoluxma yenidən ARTDI - 8 nəfər öldü

Yoluxma yenidən ARTDI - 8 nəfər öldü

Hadisə

1 İyun 2021, 16:33

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 176  yeni yoluxma faktı qeydə alınıb, 475 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 334132 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 325040 nəfər müalicə olunaraq sağalıb, 4921 nəfər vəfat edib, aktiv xəstə sayı 4171 nəfərdir.

 

Ölkədə son sutka ərzində 9649, hazırkı dövrədək isə 3523638 test aparılıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı