Modern.az

Müəllim olmaq istəyənlər üçün sınaq imtahanları keçiriləcək

Müəllim olmaq istəyənlər üçün sınaq imtahanları keçiriləcək

2 İyun 2021, 09:26

Müəllimlərin işə qəbulu müsabiqəsində və sertifikasiya imtahanında iştirak edəcək namizədlər üçün sınaq imtahanları başlayır.

 

Modern.az xəbər verir ki, onlayn formatda təşkil olunacaq sınaq imtahanları İbtidai təhsil (8 iyun / 09:00, 12:00, 16:00), riyaziyyat (9 iyun / 09:00, 12:00, 16:00), Azərbaycan dili və ədəbiyyat (10 iyun / 09:00, 12:00, 16:00), ingilis dili (11 iyun / 09:00, 12:00, 16:00), tarix (16 iyun / 09:00, 12:00, 16:00), fizika (16 iyun / 09:00, 12:00, 16:00), biologiya (17 iyun / 09:00, 12:00, 16:00), coğrafiya (17 iyun / 09:00, 12:00, 16:00) , informatika (18 iyun / 09:00, 12:00, 16:00) və kimya (18 iyun / 09:00, 12:00, 16:00) fənləri üzrə keçiriləcək.

 

Aşağıda qeyd olunan linkdə qeydiyyatdan keçərərək sınaq imtahanlarında iştirak edə bilərsiniz: 

//ttm.edu.az/

 

Nəzərinizə çatdıraq ki, sınaq imtahanlarının 1-ci mərhələsi üçün qeydiyyat 6 iyun saat 23:59-da başa çatacaq. İmtahanların 2-ci mərhələsi üçün qeydiyyat isə 7 iyun tarixində başlayıb 17 iyun saat 23:59-da bitəcək.

 

Sınaq imtahanlarının məzmunu və təşkili ilə bağlı suallarınız üçün 012 430 57 79  012 430 90 81 nömrələri ilə əlaqə saxlaya bilərsiniz. Çağrı mərkəzi həftənin 1-5-ci günləri saat 09:00-dan 18:00-a qədər fəaliyyət göstərir. (Nahar fasiləsi 13:00-14:00)

 

Qeydiyyat və texniki problemlərlə əlaqəli suallarınız üçün 070 861 39 72, 055 656 13 95, 050 671 93 19 nömrələri ilə əlaqə saxlaya bilərsiniz. Çağrı mərkəzi həftənin 1-5-ci günləri saat 09:00-dan 18:00-a, şənbə günləri 09:00-dan 14:00-a qədər fəaliyyət göstərir. (Nahar fasiləsi 13:00-14:00)

 

Qeyd edək ki, sınaq imtahanlarında iştirak könüllüdür və iştirak haqqı 14 AZN-dir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı