Modern.az

Bakıda daha bir marşrut xətti kart sisteminə keçdi

Bakıda daha bir marşrut xətti kart sisteminə keçdi

Aktual

2 İyun 2021, 13:16

3 may 2021-ci ildən 216 nömrəli marşrut xətti (Balaxanı qəsəbəsi - "Koroğlu" m/s) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

 

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Balaxanı qəsəbəsi üzrə aşağıda qeyd olunan ünvanlardakı "OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.

 

- Səfəvilər küçəsi 70;

- Gülüstan  küçəsi 47A;

- Sabunçu qəs-Şəhər şosesi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var