Modern.az

Gürcüstanda Saakaşvili əleyhinə izdihamlı mitinq - FOTO

Gürcüstanda Saakaşvili əleyhinə izdihamlı mitinq - FOTO

Dünya

29 Sentyabr 2012, 22:43

Sentyabrın 29-da Gürcüstanda müxalifətdə olan «Gürcü arzusu» koalisiyasının tərəfdarları paytaxt Tiflis və Kutaisi şəhərlərində böyük etiraz mitinqi keçiriblər.

Modern.az “Azadlıq” radiosuna istinaən bildirir ki, Tiflis mitinqində 100 mindən çox adam iştirak edib.

Müxalifət lideri və biznesmen Bidzina İvanişvili mitinqdə bildirib ki, xalq mövcud rejimə qarşı hökm çıxarıb və hər şey oktyabrın 1-də keçiriləcək seçkilərdə qanuni şəkildə sənədləşdiriləcək.

İvanişvili mövcud hakimiyyəti insanları təqib etməkdə və müxalifətə qarşı terrorda ittiham edib.

Oktyabrın 1-də Gürcüstanda parlament seçkiləridir. 
       
     

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir