Azərbaycanda son sutkada 54379 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 47876 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 6503 nəfərdir.
Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 2367094 nəfərə COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1452774 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 914320 nəfərdir.