Modern.az

Azərbaycanda ailə faciəsi - Ana və iki oğlu yanaraq öldü

Azərbaycanda ailə faciəsi - Ana və iki oğlu yanaraq öldü

Hadisə

3 İyun 2021, 08:18

Sabirabad rayonunun Zəngənə kəndində evin yanması nəticəsində ana və iki oğlu yanaraq ölüb.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 230 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1988-ci il təvəllüdlü Nağıyeva Şəbnəm Əfsər qızı, 2009-cu il təvəllüdlü Nağıyev Xəyal Elmin oğlu və 2010-cu il təvəllüdlü Nağıyev Ceyhun Elmin oğlunun yanmış meyitləri aşkar olunub. Onlar ana və övladlaerıdır.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür