Modern.az

Ermənistan morqlarında bizim hərbçilərin meyiti yoxdur - Rəsmi Bakı erməniləri TƏKZİB ETDİ

Ermənistan morqlarında bizim hərbçilərin meyiti yoxdur - Rəsmi Bakı erməniləri TƏKZİB ETDİ

3 İyun 2021, 12:22

İyunun 2-də Ermənistan mətbuatında həmin ölkənin morqlarında saxlanılan meyitlərdən bəzilərinin Azərbaycanın hərbi qulluqçularına aid olması ehtimalı barədə həqiqətəuyğun olmayan fikirlər səsləndirilib.


Azərbaycan Respublikası Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidmətdən Modern.az-a daxil olan birgə məlumatda həmin fikirlər təkzib olunub.


Bildirilib ki, Ermənistan Səhiyyə Nazirliyinin tabeliyində olan morqlarda saxlanılan və kimlikləri məlum olmayan cəsədlərin arasında  Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə aid hərbi qulluqçunun meyiti yoxdur:


“Belə ki, Ermənistan hüquq-mühafizə orqanları tərəfindən təyin edilmiş məhkəmə-genetik ekspertizasının (DNT testi) rəyi ilə həmin meyitlərin erməni hərbçilərə məxsus olması müəyyən edilib”.


Rəsmi məlumata görə, hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq doğmalarına təhvil verilməsi istiqamətində  Baş Prokurorluğun, Respublika Hərbi Prokurorluğunun, Dövlət Təhlükəsizliyi Xidmətinin, Müdafiə və Fövqəladə Hallar nazirliklərinin peşəkar əməkdaşlarından ibarət  axtarış qrupları tərəfindən intensiv iş aparılır.


Müdafiə Nazirliyinin məlumatına görə, hazırda Vətən müharibəsində itkin düşmüş 11 hərbçimiz axtarılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir