Modern.az

“Peyvənd vurdurmaq üçün vətəndaşın istəyi olmalıdır” - Nazirlik

“Peyvənd vurdurmaq üçün vətəndaşın istəyi olmalıdır” - Nazirlik

Aktual

3 İyun 2021, 15:16

“Koronavirusa qarşı peyvənd etdirməkdə fəslin heç bir əhəmiyyəti yoxdur. Bunun üçün sadəcə vətəndaşın istəyi olmalıdır”.

 

Modern.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib.

 

T.Eyvazov qeyd edib ki, qarşıya qoyulan hədəfə çatmaq üçün kütləvi vaksinasiya lazımdır.

 

Baş infeksionist həmçinin güclü allaergiyası olan şəxləsin vaksinasiya prosesində iştirakına da münasibət bildirib:

 

“Çox sayda insanda immunitet qazanılması xəstəliyin tez bitməsi üçün əsasdır. Güclü allergik reaksiyası olan şəxslər peyvənd olunmaması ilə bağlı qərarı mütəxəssis verə bilər. Amma allergiyası olan şəxslərin böyük əksəriyyəti peyvənd olunub və ciddi fəsad baş verməyib”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var