Modern.az

Ramiz Mehdiyev koronavirusa yoluxub?

Ramiz Mehdiyev koronavirusa yoluxub?

4 İyun 2021, 11:26

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin koronavirusa yoluxması ilə bağlı bəzi KİV-lərdə məlumatlar yayılıb.


AMEA İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi bununla bağlı Modern.az-a açıqlama verib.

“Yayılan məlumatların heç bir əsası yoxdur və onlar həqiqəti əks ertdirmir. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin səhhətində heç bir problem yoxdur və o, iş başındadır..

Həmkarlarımızı bir daha jurnalist etikası qaydalarına riayət etməyə, uydurma məlumatları yaymamağa və ucuz sensasiya ilə gündəmə gəlməməyə çağırırıq”,-deyə AMEA-dan bildirilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir