Modern.az

Kəlbəcərdə 4 nəfər minaya düşərək YARALANIB

Kəlbəcərdə 4 nəfər minaya düşərək YARALANIB

Hadisə

4 İyun 2021, 12:56

Bu gün Kəlbəcərin Susuzluq kəndində baş verən bədbəxt hadisə zamanı Azərbaycan Televiziyasının rejissoru Emin Məmmədov, avtobusun sürücüsü və digər iki nəfər  yaralanıb.

 

Bu barədə Modern.az-a AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

 

Qeyd edək ki, hadisə zamanı Azərbaycan Televiziyasının və AZƏRTAC-ın işğaldan azad olunmuş bölgələrimizdə çəkiliş aparan qrupunun içərisində olduğu avtobus bu gün minaya düşüb. Nəticədə AzTV-nin teleoperatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və AZƏRTAC-ın müxbiri 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov həlak olublar.

 

Allah rəhmət eləsin!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir