Modern.az

Yoluxmanın bu günə olan STATİSTİKASI

Yoluxmanın bu günə olan STATİSTİKASI

Hadisə

4 İyun 2021, 16:36

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 123 yeni yoluxma faktı qeydə alınıb, 406 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 334539 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 326269 nəfər müalicə olunaraq sağalıb, 4933 nəfər vəfat edib, aktiv xəstə sayı 3337 nəfərdir.

 

Ölkədə son sutka ərzində 9585, hazırkı dövrədək isə 3551620 test aparılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir